Onlarla sərnişin və yük maşını 3 gündür sərhəddə qalıb - VİDEO

Rusiya -Azərbaycan sərhədində 3 gündür ki, böyük tıxac yaranıb. Avtosfer.az xəbər verir ki, Xaçmaz Gömrük İdarəsi "Xanoba" Gömrük Postunun Gömrük Nəzarət Zonasının yaxınlığında, habelə Rusiya ilə Azərbaycanın neytral zonasında xeyli avtomobil toplanıb. 30-dan çox yük avtomobili ilə yanaşı, mikroavtobuslarda, eləcə də onlarla piyada, sərhədi keçmək üçün üç sutkadır növbə gözləyir.
Sürücülər həm gecikdiklərini, həm də daşıdıqları ərzaq və kənd təsərrüfatı məhsullarının xarab olduğunu deyərək narahatlıqlarını bildiriblər.
Gömrük Komitəsinin sədri Aydın Əliyev deyir ki, son bir neçə gündə Rusiya tərəfinin Sərhəd Gömrük İdarəsi alma və soğan məhsuluna şübhə ilə yanaşaraq, bunu ekspertizaya göndərib. Yaranmış gecikmələrlə baglı rəsmi məktub göndərilib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












