Onlayn növbə imkanı yaradan daha bir mobil tətbiq istifadəyə verildi - VİDEO

Sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata əsasən, artıq geniş rəqəmsal transformasiya proqramına start verilib.
Bildirilib ki, yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə KOBİA sahibkarlarla daha operativ təmasda olacaq, xidmətlərin keyfiyyəti yaxşılaşacaq, elektronlaşdırılması və əhatə dairəsi genişləndiriləcək.
Rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar üçün onlayn növbə imkanı yaradılıb. Sahibkarlar “KOB növbə” tətbiqini “Android” əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər. Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər.
Sahibkarlar mobil tətbiq vasitəsi ilə KOB evlərinə getmədən onlayn növbə götürməklə yanaşı, növbə sayı və növbənin bitmə vaxtı ilə tanış ola, müvafiq KOB evini seçə, müraciətdən imtina edə və ya daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər.
Mobil tətbiqin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir. “KOB növbə” tətbiqi həmçinin, pandemiya dövründə KOB evlərinə müraciət edəcək sahibkarların növbə sıxlığının aradan qaldırılmasına, insanlar arasında təmasın minimuma endirilməsinə imkan verəcək.
Yaxın günlərdə “İOS” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən də “KOB növbə” tətbiqini yükləmək mümkün olacaq, eləcə də mobil tətbiqin imkanları və əhatə dairəsi daha da genişləndiriləcək.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










