“Onu oğlumdan soruşun” - Ziya Məmmədov

Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov Donald Trampın prezident seçilməsindən danışıb. Avtosfer.az nazirin gununsesi.info-ya verdiyi qısa müsahibəni təqdim edir:
- Ziya müəllim, dünya ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, Donald Tramp prezident seçildi. Bu sizin üçün nə deməkdir?
- Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır.
- Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?
- Trampla iş birliyimiz var… İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub.
- Bu gün münasibətlər qalırmı?
- Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar.
- Mediada belə bir fikir yayılıb ki, Trampın prezidentliyi mövqeləri son zamanlar hakimiyyət daxilində zəifləyən Ziya Məmmədov üçün bir şans oldu. Bəlkə deyəsiniz, Donald Trampın Amerika prezidenti olması Sizin üçün nə vəd edir?
- Bu qədər danışdım, yetər. Sağlıqla qalın..(Telefonun dəstəyini asır)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












