“Onun üçün darıxırıq...” - Qəzada ölən Turanənin müəlliməsi

“Elə insanlar var ki, yaddaşımızda silinməz iz buraxır. Müəllim olmağın ən gözəl tərəfi onlarla şagirdinin sənə olan sevgisidir. Mən də onları fərqli sevirəm, hərə bir xüsusiyyəti ilə yaddaşımda qalır. Turanə həyat dolu, dəcəl, sevgisini hər zaman gözlərindən oxuduğum sevimli şagirdim idi”. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri sentyabrın 26-da İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələn qəzada həyatını itirən Turanə Kazımovanın biologiya müəlliməsi İlahə Məmmədov deyib. Müəllimə bildirib ki, Turanə ötən illərə nisbətən bu il daha fəal və ictimai həyatda aktiv olub:
“Adını xəbər saytlarından oxudum, qəzadan xəbərsiz idim. Ehtimal vermədim, amma dəqiqləşdirmək üçün özünə yazdım, amma cavab ala bilmədim. Çox çalışqan idi. Ötən il 400 bal civarında toplayırdı, hədəfimiz 500-600 idi. Dərs ili başlamamış, yazmışdı ki, mənim üçün darıxıb. İndi də biz onun üçün darıxırıq”.
Xatırladaq ki, qəzada dünyasını dəyişən Turanə Kazımova bu il Qaxın Baydarlı kənd tam orta məktəbində 10-cu sinifdə oxuyurdu.



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












