Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ - VİDEO
Gündəm
14 Dekabr 2021 11:51
Oxunub 994

"Yeni ştamm dünyada bütün qitələrdə görünməyə başlayıb. Bizə də gələcək və ondan qaçış yolu yoxdur".
Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində danışıb.
"Yəqin ki, əlimizdə bəzi Avropa ölkələri və digərlərinin məlumatları olacaq. Buna uyğun şəkildə də ölkədə tədbirlər görüləcək. Ola bilər ki, ölkədə koronavirusla bağlı bəzi yumşalmalar sərtləşdirilsin. İndidən nəsə bir söz demək çətindir. Bunu zaman göstərəcək.
Qarşıdakı günlərdə biz ehtimal olunan dalğa ilə qarşılaşa bilərik. Buna görə cəmiyyət buna hazır olmalı, peyvənd olunmayanlar vurdurmalıdır".
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













