Ordumuz bir erməni hərbçisini məhv etdi

Cəbhədə erməni hərbçi vurulub. Avtosfer.az anspress-ə istinadən bildirir ki, əsgər ötən gün axşam saatlarında güllə yarasından dünyasını dəyişib.
1996-cı il təvəllüdlü Martirosyan Armen Qrayroviç gecə boyunca cəbhənin şimal istiqamətində ordumuzun mövqeləri atəşə tutularkən vurulub.
Xatırladaq ki, may ayının 9-da isə Azərbaycanın işğal altında olan ərazilərində, təmas xəttində baş verən atışma zamanı erməni generalın qardaşı yaralanıb. 32 yaşlı Artur Saroqyan xəstəxanaya çatdırılıb. Onun vəziyyətini həkimlər ağır qiymətləndirirlər.
O, könüllü kimi aprel ayında başlayan döyüşlərdən sonra Qarabağa yollanıb. Məlumata görə, A.Saroyan Ermənistan Milli Yığıncağı - parlamentinin deputatı, general Seyran Saroyanın yaxın qohumudur.
General Saroyan birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib.
Axırıncı dəfə erməni əsgər aprelin 30-da vurulmuşdu. Həmin gün Ermənistan ordusunun 2 hərbi qulluqçusu ölüb. Ölüm faktı cəbhə xəttinin şimal istiqamətində - Talış kəndində qeydə alınıb. Atışma nəticəsində hərbi qulluqçular Qarik Movsisyan (1997-ci il) və Vazqen Arutyunyan (1968-ci il) öldürülüblər.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










