Ordumuz irəlilədi, İran təxribat edə bilər - XƏBƏRDARLIQ

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan "cəsarətləndi" və onun Qarabağsız sülh sazişinə marağı azaldı.
Bu sözləri politoloq Elxan Şahinoğlu Ordumuzun ötən gün qanunsuz silah daşınan torpaq yollarını nəzarətə götürməsi haqda qeyd edib.
O bildirib ki, Azərbaycan Ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu, Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır:
"Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan Ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa, tərəfdaş adlandırdığına görə "qırmızı çizgiləri" tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün "qırmızı çizgiləri" aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir". (milli.az)
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










