Ordumuz yola çıxdı, kalona qoşulanı 100 manat cərimə gözləyir - FOTO-VİDEO

Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsi başlayıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir.
"Həyəcan" siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.
Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub. Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir.
Avtosfer.az bildirir ki, hərbi kalona qoşularaq hərəkət edən və ya kalona yol verməyən nəqliyyat vasitəsinin sürücülərini 100 manat - 3 bal cərimə gözləyir.
Elmin

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












