Ordumuzun düşmən mövqelərinə hücumu ilə bağlı sensasion VİDEO

Ermənistanda bu ilin aprel ayının 2-nə keçən gecə Azərbaycan ordusunun bölmələrinin düşmən mövqelərinə hücumunun ilk dəqiqələrini əks etdirən sensasion videokadrlar yayılıb.
Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, kadrlarda onlarla Azərbaycan əsgərinin erməni mövqelərinə yaxınlaşdığı əksini tapır. Kadrlar saat 04.15-dən başlayaraq gecə müşahidə cihazından çəkilib, Bu kadrların yayılması Ermənistanda birmənalı qarşılanmayıb.
“Aydındır ki, bu kadrları dərc edənlər erməni ordusunun və erməni dövlətinin maraqlarını güdməyiblər. Əgər kadrlar realdırsa o zaman onların yayılması ən azı hərbi sirrin açılmasıdır. Dünyada bunun bir adı var-satqınlıq”-erməni politoloq Qrant-Melik Şahnazaryan Facebook səhifəsində yazıb. O, günahkarları tapıb cəzalandırmağa çağırıb.
Yerkir.am saytı isə Ermənistan Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən bildirir ki, internetə yarımçıq material qoyulub. Həmin kadrlarda Azərbaycan əsgərlərinin erməni mövqelərinə doğru irəlilədiyi əksini tapsa da iddia edilir ki, bu döyüşdə ermənilər heç bir mövqeni əldən verməyiblər.
Lakin kadrlardan görünür ki, erməni əsgərləri Azərbaycan ordusunun yaxınlaşdığını görüb təşviş içərisində bir-birlərinə zəng vururlar. Azərbaycan Müdafiə Nazirliyi kadrların yayılmasına şərh verməyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












