Orta böyüklükdə asteroid Yer kürəsinin yaxınından keçəcək

ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) alimləri fevralın 4-də yerli vaxtla saat 13:30-da orta böyüklükdə asteroidin Yer kürəsinin yaxınından keçəcəyini bildiriblər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, diametri 0,5-1,2 kilometr arasında olan “2002 AJ129” asteroidinin planetimizə 4,2 milyon kilometr yaxınlaşması gözlənilir. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 10 dəfədən çoxdur. Yer kürəsinə ən yaxın olduğu zaman saniyədə 34 kilometr sürətlə boşluqdan keçəcək asteroidin indiyədək kəşf edilən ən sürətli səma cismi olduğu bildirilib. NASA alimləri “potensial təhlükəli asteroid” kateqoriyasına daxil edilmiş göy cisminin gələcək 100 il ərzində Yer kürəsi ilə toqquşma riskinin olmadığını açıqlayıblar. Xatırladaq ki, “2002 AJ129” asteroidi 2002-ci ildə kəşf edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












