"Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var" - İqtisadiyyat naziri

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə neft və neft məhsullarının nəqli həcmi artacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz ənənəvi olaraq ticarət və mal daşınmasına yönəlmiş qeyri-enerji nəqliyyat marşrutu kimi nəzərdən keçirilsə də, o əhəmiyyətli enerji potensialına malikdir.
Azərbaycanın tranzit potensialından danışarkən, nazir ölkənin yüklərin fasiləsiz hərəkətinin təmin edilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
"Bu, həm daxili, həm də xarici səviyyədə müvafiq qurumlar - gömrük, sərhəd xidmətləri və digərləri arasında koordinasiya tələb edir. Baxmayaraq ki, ayrı-ayrı çağırışlar mövcuddur - məsələn, Xəzər dənizində su səviyyəsinin azalması, bu da quru yük və konteyner daşıyan gəmilərin yükqaldırma qabiliyyətini məhdudlaşdırır. Biz bu riskləri dərk edirik və onların həlli üçün regional səviyyədə işləyirik", - o qeyd edib.
M.Cabbarov həmçinin əlavə edib ki, Azərbaycan tranzit marşrutlarını iqtisadi cəhətdən cəlbedici etmək üçün əlindən gələni etməyə çalışır.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










