Ötən ay Bakı metrosu ilə 18 milyondan çox sərnişin daşınıb

Cari ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16,9 mln. ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,3% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 4,0%-i dəniz, 7,2%-i dəmir yolu, 0,1%-i hava, 57,6%-i avtomobil nəqliyyatı, 31,1%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,0% artaraq 12,4 mln. ton təşkil edib.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,3% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 78,0% təşkil edib.
2018-ci ilin yanvar ayında nəqliyyatçılar 143,7 mln. nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,8%-i avtomobil nəqliyyatı, 12,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar ayı ərzində 1,2 mln. ton yük, 207,5 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 16,2% azalma, sərnişin daşınmasında isə 6,6% artım müşahidə olunub.
Orta hesabla sutkada 298 vaqon yüklənib, 384 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,0 min ton, qərb istiqaməti üzrə 4,3 min ton, cənub istiqaməti üzrə isə 0,4 min ton yüklənmə işi yerinə yetirilib.
Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 683,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6% artıb. Yüklərin 51,8%-ni neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 908,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 846,8 min tonunu və ya 93,2%-ni tranzit yüklər təşkil edib. Cari ilin fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 16,7 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 41,7% azalaraq 0,7 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 9,7 mln. ton yük, 124,7 mln. sərnişin daşınıb və 2017-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,1% və 1,4% artım qeydə alınıb. Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,2%, sərnişin dövriyyəsi isə 1,5% artıb.
Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,7% artaraq 18,6 mln. nəfər olub.
Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 169,6 min və ya 15,6% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 21,7% artaraq 16,8 min tona çatıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












