Ötən il 1,153 mln. ton avtomobil benzini istehsal olunub

Azərbaycanda 2016-cı ildə neft məhsulları istehsalının ümumi dəyəri 2 772,7 mln. manat olub. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə bu göstərici 9,1% azalıb. Ötən il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) 1 153,2 min ton avtomobil benzini (Ai-92 markalı), 2 315,2 min ton dizel yanacağı istehsal olunub. Avtomobil benzininin istehsalı 2015-ci illə müqayisədə 5,8%, dizel yanacağının istehsalı 17,4% azalıb. Bu il yanvarın 1-nə 20,9 min ton avtomobil benzini, 69,1 min ton dizel yanacağı hazır məhsul ehtiyatı yaranıb. Ötən il ölkədə 197,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 627,3 min ton ağ neft, 485,8 min ton yanacaq mazutu, 9,7 min ton sürtgü yağları, 179,2 min ton neft bitumu, 204,9 min ton neft koksu istehsal olıunub. Yanacaq mazutunun istehsalı əvvəlki illə müqayisədə 48,1%, neft bitumunun istehsalı isə 4,3% artıb. Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 4,1%, ağ neft istehsalı 8,9%, sürtgü yağları istehsalı 61,7%, neft koksunun istehsalı isə 17,4%, azalıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












