Ötən il 524 km avtomobil yoluı tikilib və təmir olunub

Ötən il "Azəravtoyol" ASC ölkənin bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirib.
Avtosfer.az Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov bildirib ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel və 9 ədəd piyada keçidi tikilərək istismara verilib.
Qeyd edək ki, 2015-ci il ərzində Bakı şəhərində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kv.m sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
S.Məmmədov Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi barədə bildirib ki, 2015-ci ildə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsində son tamamlanma işləri aparılıb. Daha sonra isə Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin də yenidən qurulmasına başlanılması planlaşdırılır: "Qeyd edilən layihənin tam reallaşdırılmasından sonra Şərqdən Qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olmaqla, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yük daşımalarının inkişafında daha da mühüm yer tutacaq".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










