Ötən il Azərbaycan vətəndaşları 425 cinayət hadisəsi törədiblər

Ukraynada 2017-ci ildə xarici ölkə vətəndaşları 2 min 900 cinayət tərkibli qanun pozuntusuna yol veriblər. “Report” xəbər verir ki, bunu çərşənbə axşamı yerli Milli Polis sədrinin birinci müavini Vyaçeslav Abroskin "Miqrant" əməliyyatının keçirilməsi çərçivəsində Dövlət Miqrasiya Xidmətinin nümayəndələri ilə işgüzar müşavirə zamanı deyib.
"Beləliklə, 2017-ci ildə ölkə ərazisində əcnəbilər tərəfindən 2,9 min cinayət hadisəsi törədilib. Onlardan 746-u Rusiya, 707-si Gürcüstan, 425-i Azərbaycan, 271-i Moldova, 141-i Ermənistan, 134-ü isə Özbəkistan vətəndaşları tərəfindən qeydə alınıb", - deyə o bildirib.
Onun sözlərinə görə, ötən il əcnəbilər arasında 51 qəsdən adamöldürmə, 42 ağır bədən xəsarətləri yetirmə, 25 insan alveri faktı qeydə alınıb.
Eyni zamanda, xarici ölkə vətəndaşları 111 quldur hücumu və mindən çox oğurluq hadisəsində iştirak ediblər. Bunun 1/3-dən çox hissəsi Gürcüstan vətəndaşlarının payına düşüb.
Bütün bu cinayətlərin üstü hazırda açılıb.
Sonradan Abroskin öz "Facebook" səhifəsində əlavə edib ki, 2018-ci ilin yanvar ayı ərzində əcnəbilər Ukraynada 181 cinayət işi törədiblər. Onlardan 52 qanun pozuntusu Azərbaycan vətəndaşlarının payına düşüb. Həmçinin gürcülər 36, ruslar 27, moldovalılar 23 cinayət hadisəsinin iştirakçısı olublar. Bu cinayətlər arasında 5 qəsdən adamöldürmə, 11 quldur hücumu, 14 qarət və 71 oğurluq var.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












