Ötən il İranda rekord sayda edam - BMT AÇIQLADI

2024-cü ildə İranda edamlar "narahatedici sürətlə" həyata keçirilib: ən azı 975 nəfər edam olunub. Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin hesabatında bildirilir. Hesabatı Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasında BMT-nin insan hüquqları üzrə ali komissarının müavini Nadya əl-Naşif təqdim edib. Hesabatda vurğulanıb ki, İranda edamlar tez-tez ədalətli məhkəmə normalarının pozulması, işgəncə və özbaşına həbslərlə müşayiət olunur. Ən azı dörd edam ictimaiyyət qarşısında həyata keçirilib. Ən çox istifadə edilən edam üsulu isə asma olaraq qalır.
Edamların əksəriyyəti narkotiklərlə bağlı cinayətlər (52 faiz) və qətllərlə (43 faiz) əlaqəlidir. Bundan əlavə, cinsi zorakılıq cinayətlərinə görə (2 faiz) və dövlət təhlükəsizliyi ilə bağlı hüquq pozuntularına görə (3 faiz) də edamlar qeydə alınıb.
2024-cü ildə edam edilən qadınların sayı da artıb - ən azı 31 qadın edam olunub. Onlardan 19-u öz həyat yoldaşlarını öldürməkdə ittiham edilib. Bu hallar tez-tez məişət zorakılığı, məcburi və ya uşaq yaşda qurulmuş nikahlarla əlaqəli olub.
Edam edilənlər arasında həmçinin 22 yaşlı Məhsa Əmininin “hicabı düzgün geyinmədiyi” səbəbi ilə “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra ölümü ilə başlayan etirazların iştirakçıları da var.
Hesabatda etnik azlıqlar arasında edamların qeyri-mütənasib dərəcədə çox olduğu bildirilib - xüsusilə ən azı 108 beluç və 84 kürd edam olunub.
Bundan başqa, ən azı 31 nəfər “milli təhlükəsizliyə qarşı cinayətlərə” görə edam olunub. Onların arasında siyasi müxalifət nümayəndələri və İsrail xeyrinə casusluqda ittiham olunanlar da var.
Hesabatda həmçinin 2024-cü ildə ən azı 125 jurnalistin təqib olunduğu qeyd olunub, onların 40-ı qadındır. Bu təqiblərə cinayət işləri, dindirilməyə çağırışlar və peşə fəaliyyətinə görə təzyiqlər daxildir.
İran BMT ilə qismən əməkdaşlıq etsə də, hökumət BMT İnsan Hüquqları Şurası tərəfindən yaradılmış müstəqil beynəlxalq araşdırma missiyasının ölkəyə girişinə icazə verməyib.
Xatırladaq ki, İranda tanınmış müğənni Amir Hüseyn Məqsudlu (Tataloo) “dinsizliyə görə” ittiham olunaraq ölüm hökmünə məhkum edilib.
Bundan əvvəl isə Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm hökmü ilə cəzalandırılıb və edam edilib.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










