“Oturduqları yerdən tərpənməsinlər” - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib. Dövlət başçısı əsgərlərlə görüşəndən sonra onların valideynləri ilə də görüşüb, söhbətləşib. Prezident bir daha vurğulayıb ki, Ermənistan atəşkəs dövründə Azərbaycana hücum edib, yenidən təxribat törədib: “Bilin ki, bütün beynəlxaq təşkilatlar-BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Azərbaycan mövqeyini dəstəkləyir. Düzdür onların qərarları bir nəticəyə gətirib çıxarmayıb, amma bu, məsələnin həlli üçün əsasdır. Siyasi-iqtisadi cəhətdən Azərbaycan Ermənistanla müqayisədə irəli gedib. Ermənistan bu təxribatı ona görə törədib ki, onlara təzyiqlər artır”.
İlham Əliyev əsgər ana və atalarına təşəkkürünü ifadə edib: “Mən bu gün yaralı əsgərlərimizlə görüşdüm, onları təbrik etdim. Azərbaycan xalqı adından bir vətəndaş kimi, ali baş komandan kimi onlara təşəkkür etdim . Siz də çox sağ olun ki, belə gözəl övladlar böyütmüsüz. Onlar indi yaralı vəziyyətdə uzanıb deyirlər ki, istəyirik tezliklə sağalıb gedək döyüş bölgələrinə. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı nə qədər mətin, cəsarətlidir”.
Ali Baş Komandan cəbhədə əməliyyatların dayandırılmasının şərtini də açıqlayıb: “Bu gün Azərbaycan bəyan edir ki, döyüş əməliyyatlarını birtərəfli qaydada dayandırır. Amma bir şərtlə-qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayansınlar. Oturduqları yerdə də dursunlar, tərpənməsinlər”.
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA










