Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir.
Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdirə bilər. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək və söyləmədiyi sözləri onun adından səsləndirmək də mümkündür. Buna görə belə materiallara münasibət bildirərkən və onları paylaşarkən mənbəni yoxlamaq vacibdir.
Avtosfer.az Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını oxucuların diqqətinə çatdırır:
- X (Twitter): "twitter.com/azpresident" (https://twitter.com/azpresident)
- Instagram: "instagram.com/presidentaz" (https://www.instagram.com/presidentaz/)
- Facebook: "facebook.com/PresidentIlhamAliyev" (https://www.facebook.com/PresidentIlhamAliyev)
- Youtube: "youtube.com/@presidentaz" (https://www.youtube.com/@presidentaz)
Bu hesabların hər birinə keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" (https://president.az/) saytında yerləşdirilib. Həmin sayta daxil olaraq rəsmi hesablara birbaşa keçmək mümkündür.
Hesabın Prezidentin adını daşıması, profilində onun şəklinin olması və çoxsaylı izləyici toplaması oradakı paylaşımların etibarlılığını təsdiqləmir.
Oxucuları dövlət başçısının fəaliyyəti barədə məlumatları president.az saytından və orada göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq.
Paylaşmazdan əvvəl yoxlayın. Rəsmi mənbəyə istinad edin.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!












