"Öz problemlərinizlə məşğul olun" - Rusiya XİN-dən ABŞ-a REAKSİYA
Gündəm 23 Yanvar 2021 21:00 Oxunub 1700
"Öz problemlərinizlə məşğul olun" - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada keçirilən aksiyalarla bağlı verdiyi bəyanata münasibət bildirib.

Unikal.org-un məlumatına görə, nazirlik bildirib ki, ABŞ daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır:

“ABŞ səfirliyi 6 yanvarda Vaşinqtonda təşkil olunan nümayişlərə və Kapitoliyə basqın cəhdlərinə heç bir şəkildə reaksiya verməyib, həmçinin baş verən qətl və həbsləri qınamayıb.

İkiüzlülük - koronavirus epidemiyası dövründə xüsusilə təhlükəli hala gələn Amerika diplomatiyasının vasitəsidir. Öz problemlərinizlə məşğul olun və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh