Öz zolağı ola-ola avtomobil yoluna çıxan avtobuslar cərimələnə bilər? - VİDEO

Avtobus zolağı ilə hərəkət edən nəqliyyat vasitələri cərimələndiyi kimi, zolaq ola-ola avtomobil yoluna çıxan avtobuslar da cərimələnə bilər. Sərnişinlərin təhlükləsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib. Digər nəqliyyat vasitələri avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobuslar istədikləri vaxt digər maşınların yoluna çıxırlar. Bunu isə bəzən məcburiyyətdən etdiklərini deyirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, avtobus zolağından çıxdığı halda istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu da onun cərimədən yayınmasına əsas deyil. Toğrul Nəsirli qeyd edib ki, avtobus sürücülərinin belə məcburiyyət qarşısında qalmamaları üçün zolaqlara ciddi nəzarət edilir.
Daha ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










