Özbəkistanda dəyirmi masa keçirilib

Daşkənddə (Özbəkistan) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları” mövzusunda dəyirmi masa keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Çin və digər ölkələrin dəmir yollarının, aparıcı nəqliyyat-logistik şirkətlərinin, diplomatik missiyalarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq Assosiasiya nümayəndələri Özbəkistan yüklərinin Qazaxıstan və Azərbaycanın dəniz limanları vasitəsilə Qara dəniz ölkələri, eləcə də Avropaya daşınmasının Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşıma həcminin artırılmasına yol açacağını bildiriblər. Həmçinin bu marşrut üzrə yük axının artırılmasına dair təkliflər müzakirə olunub.
Tədbir iştirakçıları marşrut üzrə daşımaların inkişaf perpektivləri ilə tanış olub, onları yüksək qiymətləndiriblər. Bundan başqa, bu marşruta qoşulmaqla “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyanın təqdim etdiyi nəqliyyat-logistik xidmətlərinin bilavasitə istifadəçiləri olmağa hazır olduqlarını qeyd ediblər.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














