Özəl sektor dəmir yolu sahəsinin inkişafına cəlb oluna bilər - Azərbaycanda

2020-ci ilə qədər Azərbaycanda hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi, “Airbus” və “Embraer” tipli köhnəlmiş təyyarələrin yenilənməsi nəzərdən keçiriləcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.
Sənədə əsasən, aidiyyəti qurumlar beynəlxalq və yerli təyinatlı hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi üçün qısa və uzunmüddətli planlar hazırlayacaq, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanında infrastruktur imkanlarının genişləndirilməsini həyata keçirəcək. Görüləcək tədbirlərdə regionların strateji inkişaf tələbləri də nəzərə alınacaq.
Strateji Yol Xəritəsi çərçivəsində 2017-ci ilin sonuna qədər aşağıbüdcəli aviaşirkətin yaradılması üçün təyyarə parkının qurulması istiqamətində işlərin görülməsi və bu sahəyə xarici investorların cəlb olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdən keçiriləcək.
Bundan başqa, dəmir yolları sahəsində özəl sektorun iştirakının təmin edilməsi logistika və ticarət sahəsinin inkişafı üçün dəmir yollarında ən çox investisiya tələb edən sahələrə özəl investisiyaların cəlb olunması və ya birgə müəssisələrin yaradılması istiqamətində zəruri addımlar atılacaq, dəniz nəqliyyatı sahəsində özəl sektorun iştirakının təmin edilməsi, Xəzər dənizindən tranzit yüklərin sürətli keçidinə nail olmaq üçün özəl gəmi operatorlarının yükdaşımada iştirakının təmin olunması sahəsində zəruri tədbirlər görüləcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












