Özəl xəstəxanaya getmək istədi, evə buraxıldı

Ötən həftə BYD avtomobili ilə dəhşətli qəza törədən sürücü Anar Nəcəfov xəstəxanadan evə buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumatda bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-da saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü kişi öz istəyilə tibb müəssisəsindən buraxılıb:
“Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb”.
Qeyd edək ki, sözügedən qəza bir neçə gün əvvəl Heydər Əliyev prospektində baş verib. “Bolt” taksi şirkətinə məxsus avtomobilin sürücüsü idarəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan “Ford”a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişini xəsarət alıb.
Qəzadan sonra sosial şəbəkələrdə sürücüyə kömək məqsədilə kart hesabı paylaşılaraq kampaniya başladılıb. Lakin bu, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, qəzaya səbəb olan və heç bir ağır xəsarət almayan sürücüyə pul yığılması sərt tənqid olunub.
Kartına yüksək məbləğdə pul toplanması iddiaları ilə bağlı danışan Anar Nəcəfov isə bildirib ki, cəmi 3-4 min pul yığılıb.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












