Banner

Özü belə edənin təlimi necə olar? - ŞOK VİDEO

Gündəm 17 Aprel 2023 13:18 Oxunub 1280
Özü belə edənin təlimi necə olar?  - ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar ölkədə, xüsusilə paytaxt Bakıda avtomobil təlimçilərinin sayı artıb. İlk baxışdan bu yaxşı bir hal kimi görünür. Amma sosial şəbəkələrdə yayılan bəzi görüntülər tam əksini deyir.

Avtosfer.az xəbər verir ki, görüntülərdən biri də 99-KZ-980 dövlət nömrə nişanlı “Jasmin sürücülük kursu”nun təlim avtomobilinin sürücüsünə məxsusdur.  Belə ki, sürücü sükan arxasında kobud qayda pozuntusu edərək bir əlində telefon hansısa bir məsələni həll edir. Bununla yanaşı, sürət həddi 90 km/saat olan Ziya Bünyadov prospektində digər avtomobilləri bir bir geridə qoyur. Yəqin ki, vacib bir məsələdir. Özü belə edənin təlimi isə çox maraqlıdır.

Görünür ki, belə təlimçilər gələcəyin sürücülərini yollarda təhlükə yaratmaq üçün yetişdirir.

Qeyd edək ki, hadisə 15 aprel saat 13:20 radələrində Ziya Bünyadov prospektində lentə alınıb.

Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh