"Özü edib, mənim xəbərim yoxdur": Qardaşının maşını üçün oğurluq etdi – VİDEO

Qardaşının avtomobilinin ehtiyat hissəsini mağazadan almaq əvəzinə başqa bir avtomobilin ehtiyat hissəsini sökərək oğurlayan şəxsi Nərimanov polisi saxlayıb.
Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, oğurluq edərkən onun yanında maşınını təmir edən usta da olub.
Bu azmış kimi oğurluq edən şəxslər avtomobildən noutbuk da götürüblər.
Vətəndaş Namiq Məmmədov Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus "Chevrolet" markalı avtomobildən noutbuk və maşına aid ehtiyat hissələrinin oğurlandığını bildirib.
Dərhal araşdırmalara başlayan polis əməkdaşları həmin cinayəti törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, 35 yaşlı Zamiq Quliyev və 32 yaşlı Elşad Cavadovu saxlayıb. Saxlanılan Elşad Cavadov dindirilərkən törətdikləri cinayəti etiraf edib. O, ifadəsində bildirib ki, qardaşının qəzaya uğramış avtomobilinə ehtiyat hissəsi lazım gəlib: "Usta 1-2 gün gecikdirdi. Sonra özüm getdim ustanın yanına ki, tap, söz vermisən. Dedi ki, gözlə həll edərik. Gəzdik ora-bura bir yerdə. Qabağımıza çıxdı bu maşın, sökdü verdi mənə. Sökəndə elə, arxada noutbuk da vardı. Onu da götürdüm".
Zamiq Quliyev isə ona həmin hissəni 150 manat müqabilində tapacağını bildirib. Lakin usta sözünə düz çıxmayanda 2 gün sonra Elşad onun yanına gəlib. Bu zaman birlikdə oğurluq etməyi planlaşdırıblar: "Elşad dedi, mən də getdim kömək etdim açdım. İçindən komputer çıxdı. O da götürdü komputeri, satdı. Nə etdi özü etdi. Mənim heç nədən xəbərim yoxdur. "Bufer"i mən açdım verdim ona".
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












