«Özümüz üçün minimal yox, yüksək standartları hədəf götürək»

Gündəm 18 Dekabr 2015 16:13 Oxunub 1144
«Özümüz üçün minimal yox, yüksək standartları hədəf götürək»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputat Elmira Axundova Ticarət Gəmiçiliyi Məcəlləsinə təkliflər verib

Milli Məclisin deputatı Elmira Axundova bu gün parlamentdə Ticarət Gəmiçiliyi Məcəlləsinə edilən dəyişikliklər barədə çıxış edərək bir sıra təkliflər səsləndirib. O bildirib ki, ticarət əlaqələrimiz quru və hava yolu ilə həyata keçirildiyi kimi, dəniz vasitəsilə də uğurla davam etdirilməkdədir: «Bu sahədə İpək yolunun dirçəlməsi ideyasının təşəbbüskarlarından olan dahi Heydər Əliyevi daima minnətdarlıqla xatırlayırıq. Yeri gəlmişkən, ümummilli lider 20 il əvvəl özünün ilk rəsmi səfərlərindən birini məhz Çinə etmişdi. Vaxtilə hətta bu səfəri təəccüblə qarşılayanlar da var idi, yəni bizim uzaq Çində nə marağımız ola bilər? Amma bunun ardınca 1998-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda 34 dövlətin iştirakı ilə İpək Yolunun bərpası haqqında bəyannamə qəbul ediləndə hamı Heydər Əliyevin uzaqgörənliyinə bir daha valeh oldu. Bu yaxında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Çinə uğurlu səfəri iki ölkə arasında yeni səhifə açıb və əldə edilmiş razılaşmalar əsasında Azərbaycan qısa bir zamanda Asiya-Avropa məkanında ən mühüm tranzit ölkəyə çevriləcək. Ona görə, dünyada gedən iqtisadi və siyasi proseslər fonunda Azərbaycan limanları vasitəsilə yükdaşımalarının həcminin kəskin artmasının perspektivini nəzərə alaraq hesab edirəm ki, həm 2001-ci ildə qəbul edilən Ticarət Gəmiçiliyi Məcəlləsində, həm də bu yaxınlarda tərəfimizdən qəbul edilən «Dəniz limanları» haqqında Qanunda bir sıra mühüm dəyişikliklər edilməli, bu və ya digər maddələr müasir şəraitə və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Yəqin ki, bu istiqamətdə iş davam etdiriləcək.

Ona görə bu gün təklif edilən dəyişiklikləri alqışlayıram, xüsusilə 89-cu maddənin yenidən işlənməsini və onun “Dəniz limanları” haqqında qanunun 6-cı maddəsinə uyğunlaşdırılmasını mühüm addım hesab edirəm. Yeri gəlmişkən “Dəniz limanları” haqqında qanunun müzakirəsi zamanı biz bu maddə ilə bağlı bir sıra təkliflər vermişdik. Lakin 182.3-cü bəndə dair bir sualım var. Burada qeyd olunur ki, “gəmi agenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verməlidir. Mənə maraqlı olan odur ki, “minimal” sözü BMT-nin həmin konfransında qəbul edilən sənədin adında əks olunan bir anlayışdır, yoxsa biz özümüz üçün müvəqqəti də olsa, belə bir minimal hədd müəyyən edirik? Mən istərdim ki, biz özümüz üçün minimal yox, yüksək standartları hədəf götürək».

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh