Özünü 22-ci mərtəbədən atdı, maşının üstünə düşdü - BAKIDA DƏHŞƏT

Bakı şəhər Yasamal rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Zərdabi küçəsi 593-cü məhəllədə yerləşən çoxmərtəbəli binanın 22-ci mərtəbəsindən özünü atan 1987-ci il təvəllüdlü Vəliyev Nicat Rafael oğlu hadisə vaxtı binanın qarşısında dayanmış “Tofaş” markalı avtomobilin üstünə düşüb. N.Vəliyev hadisə yerində ölüb, avtomobil də yararsız vəziyyətə düşüb. İlkin araşdırmalar zamanı məlum olub ki, intihar edən şəxs əvvəllər həbsxana həyatı yaşayıb və narkotik aludəçiliyinə görə bir neçə dəfə müalicə olunub. Onun son vaxtlar depressiv vəziyyətdə olduğu bildirilir.
*****
9:58
Bakıda intihar olub. Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb. Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb. O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












