Özünü atan polislə bağlı yeni xəbər: Mirzəyevlərin qətl işi...

Dünən Tovuz rayon Polis Şöbəsində özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 48 yaşlı Tofiq Şükürov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və onun ərinin qətli ilə bağlı aparılan cinayət işinin istintaqı çərçivəsində ifadə verməyə çağırılıbmış. Onun şahid, yaxud şübhəli şəxs qismində şöbəyə gətirildiyi məlum deyil.
Bildirilir ki, T.Şükürov dəhlizdə olarkən pəncərəni açaraq özünü aşağı atıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, fevralın 24-də Tovuz şəhəri Mərdan Musayev küçəsindəki 7 otaqlı evdə 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu ilə həyat yoldaşı Mirzəyeva Pakizə Şəmşad qızının qismən yanmış meyiti tapılıb. Onların qəsdən öldürüldüyü və izin itirilməsi məqsədi ilə yandırıldığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












