Özünü məmur kimi təqdim etdi - 3500 dollar “atdı”

Ötən gündən etibarən sosial şəbəkələrdə özünü dövlət rəsmisi kimi təqdim edərək dələduzluq edən şəxsin fotosu yayılıb. Fotonu paylaşan şəxslər dələduzun iş düzəltmək adı ilə onlardan 3500 dollar alıb yoxa çıxdığını qeyd edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo” məsələyə aydınlıq gətirmək məqsədi ilə qeyd olunan nömrələrlə əlaqə saxlayıb. Dələduzluğa məruz qalan Kamal Yusifov bildirib ki, özünü Azər kimi təqdim edən həmin şəxs onları əlaqələri vasitəsilə beynəlxalq sertifikat alacağına inandırıb:
“Qohumum inşaat işi ilə məşğul olur. Şəkildə gördüyünüz şəxs də beynəlxalq sertifikat düzəltmək adı ilə bizdən 3000 dollar istədi. Pulu 500-500 verirdik, sonuncu dəfə də pulu dekabrın 29-u vermişik. 30 dekabrda da İngiltərə səfirliyinin qarşısında görüşdük. Səfirliyə girib çıxdı və hər şeyin həll olunduğunu deyib bizi aeroporta göndərdi. O qədər professional işləyirdi ki, dələduz olması ağlımızın ucundan da keçmədi. Sonradan məlum oldu ki, özünü bizə Azər, başqa bir şəxsə isə Sahil kimi təqdim edib. Tanış olduğumuz zaman qonşuluqda yaşayırdı və həmin evi ona prezidentin bağışladığını demişdi. Hətta köhnə telefonlardan istifadə edirdi ki, onlara icazə yoxdur. “Bu gün filan nazir gəldi, filan nazir belə dedi” – deyə elə danışırdı ki, inanmamaq mümkün deyildi. Sən demə, yaşadığı mənzili 10 günlük kirayə götürüb. Ev sahibəsi də Şəkidədir. Nömrəni də başqa bir şəxsin adına alıb. İndi ona aid heç nə tapmırıq”. K.Yusifov məsələ ilə bağlı polisə müraciət etsə də, polis sözügedən şəxsi tapmağın çətin olacağını bildirib: “İfadə vermişəm, ancaq dedilər ki, çətin tapılar”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












