Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?! - VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan və bir şəxsin özünü “peyğəmbər” adlandıraraq insanlardan qazanclarının yarısını istəməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkə istifadəçiləri bu çıxışları dini təhqir, psixoloji manipulyasiya və hətta təhlükə kimi dəyərləndirirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah” məsələni araşdırıb, mahiyyətinə varmaq üçün psixiatrlarla əlaqə saxlayıb.
Psixiatr Azər Bağırov sözügedən hadisəyə münasibət bildirərkən qeyd edib ki, normalda psixoloji problemi olan və bu səbəbdən özünü peyğəmbər hesab edən insanlar ətrafdan pul toplamırlar:
“Bu, niyyətli formada insan aldatmaq vəziyyətidir. Amma bəzən depressiv psixoz dediyimiz xəstəliyin manik dövründə xəstələr özlərinin “Mehdi”, “seçilmiş”, “peyğəmbər” olduğuna və Allah tərəfindən göndərildiyinə özlərini inandırırlar. Bu inanış sadə deyil. Həqiqətən belə olduğunu düşünürlər. Onlar insanları dinə, düzgün yola çağırmağa çalışır, ailə üzvlərinə istədiyi kimi yaşamağa imkan vermirlər. Həmçinin, dini mövzularda çox atəşli mübahisələrə girirlər. O qədər də dindar olmayan birinin radikal dindar rəyə bürünməsi müşahidə olunur. Qadındırsa, hicab bağlayır, yaxud yeməkdən içməkdən kəsilib daim namaza başlayırlar. Amma həmin insanlar belə davranışlardan pul yığmaq məqsədilə istifadə etmirlər. Sadəcə çox içdən inanır və insanları Allahın yoluna dəvət edirlər”.
Psixiatr Azad İsazadə isə mövzunu belə şərh edib:
“Ruhi xəstələr bəzən özünü Napoleon hesab edir, bəziləri də özünü peyğəmbər adlandırır. Sayıqlama nəticəsində onların beynində belə bir formalaşmış fikir yaranır. Onlar bu fikri ətrafdakılara yaymağa çalışırlar. İkinci variantın adı dələduzluqdur. Biz görürük ki, dələduzların arasında böyük, orta, kiçik dərəcəli afyoralar keçirirlər. Kimsə ətrafına az, kimsə isə çox adam yığmağı bacarır. Elələri də var ki, falçılıqla, cadugərliklə məşğuldur və bəzi insanlar buna inanır və onların dalınca gedirlər. Ayrı bir insan tipləri də var. Amma ən çox yayılan bu iki “seçilmiş insan”lardır”.
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT










