Özünü qatarın altına atan qadının əri danışdı: "Gizlicə telefon işlədirdi" - FOTO

Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub. İntihara cəhd edən qadının əri Rəvan Əlizadə "Report"a bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: "Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nəbilim ki, gedib özünü qatarın altına atar?!".
Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub.
***15:48
Lənkəran rayonunda özünü qatarın altına ataraq öldürmək istəyən qadının şəxsiyyəti müəyyənləşib. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Aida Cəlil qızı Əlizadə özünü yük qatarının altına atıb.
Qeyd edək ki, intihara cəhd edən qadın 4 uşaq anasıdır və o, uşaqları ilə vidalaşaraq evdən çıxıb. Ağır bədən xəsarətləri alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
***15:35
Lənkəran rayonunda qadın özünü qatarın altına ataraq intihara cəhd edib. Hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb. Hələlik adı məlum olmayan qadın özünü qatarın altına ataraq öldürmək istəyib. Faktla bağlı araşdırmalara başlanılıb.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO














