Özünü yandıran sürücü ilə bağlı sensasion xəbər - 43 minlik cəriməsi var - FOTO

Ötən gün özünü Sumqayıtda yandıran, Qarabağ müharibəsi iştirakçısı olduğu deyilən Cəmil Məmmədovla bağlı sensasion məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Avtosfer.az-a a həmin şəxsin törətdiyi əməllərlə bağlı açıqlama verib. O bildirib ki, C.Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs idarə etdiyi "NazLifan" markalı maşınla rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.
DİN rəsmisi qeyd edib ki, C. Məmmədov yol polisi tərəfindən oktyabrın 4-də saxlanılıb və avtomobili duracağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən birini Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”.
Cəmil Məmmədovun anası Səlimə Məmmədova Azadlıq Radiosuna açıqlamasında bildirib ki, oğlu 2014-cü ildə - hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib. Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI















