Banner

Özünüzü bu sürücüdən qoruyun – “Zaderjaniya” verdirir – NP-600 - VİDEO

Gündəm 7 Fevral 2017 00:50 Oxunub 50840
Özünüzü bu sürücüdən qoruyun – “Zaderjaniya” verdirir – NP-600 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda belə sürücülər də var

Bakı şəhər sakini yolda intizamsız sürücü ilə rastlaşıb. Yerə-göyə sığmayan həmin intizamsız sürücü özü qayda pozduğu halda, başqasını borclu çıxarıb. Hətta ona hədə-qorxu da gəlib. Bütün bunlar isə avtomobildəki kamera vasitəsilə qeydə alınıb. Başına gələnləri Avtosfer.az-a danışan sürücü deyir ki, martın 6-da idarə etdiyi avtomobillə Abbasqulu Ağa Bakıxanov küçəsində öz zolağı ilə getdiyi vaxt sağdan (2-ci dərəcəli yoldan) gələn 90-NP-600 qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü zolağını dəyişib qismən onun zolağına keçib: “Bu zaman mən yaranacaq qəzanın qarşısını almaq məqsədilə həmin sürücüyə səs siqnalı verdim. Ondan sonra həmin sürücü məni ötərək qəfildən hərəkət etdiyim zolağa çıxdı və mənə qəza şəraiti yaratdı. Yenidən mən həmin avtomobili ötdüm və yanına çatanda sürücü öz avtomobilindən mənə səslənərək bildirdi ki, guya avtomobilimlə onu sıxışdırmışam. Hansı ki, o məni sıxışdırıb. Sonra mənim şərəf və ləyaqətimi alçaldacaq ifadələr işlətdi. Mən yenə də məhəl qoymadan yoluma davam etdikdən sonra yenidən yaxınlaşıb bildirdi ki, sənə “zaderjaniya” verdirəcəm. Bundan sonra avtomobilimi qabaqda saxlamağımı tələb etdi. Mən onun bu hərəkətinə də məhəl qoymayaraq yoluma davam etdim”.

Qeyd edək ki, həmin sürücü “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin V hissəsinin tələbini pozub. Bu maddədə qeyd olunur ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bununla o, ötmə-manevr qaydalarını pozmuş sayılır.

Bu sürücünün qanundan xəbəri olmadığı halda haqsız yerə başqalarını təhqir edir və hədə-qorxu gəlir: “Hesab edirəm ki, qeyd etdiyim sürücü adi vətəndaş deyil. Çox güman ki hansısa polis idarəsinin zabiti və yaxud idarəedici orqanların birinin əməkdaşıdır. Yəni adi sürücü mənə “zaderjaniya verdirəcəm” deyib hədə-qorxu gəlməzdi.

Yollarımızı qana bulayanlar da bu cür intizamsız, mədəniyyətsiz sürücülərdir. Mən bu sürücü barədə daxili işlər naziri cənab Ramil Usubova da şikayət ərizəsi ilə müraciət etmişəm”.

Avtosfer.az qısa araşdırma edib və məlum olub ki, 90-NP-600 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İsmayılov Feyzulladır. Həmin avtomobil üzrə iki şəxsə - Qasım Poladlı və Bayram Səfiyevə etibarnamə verilib. Yəqin ki, sükan arxasında olan şəxs bu 3 nəfərdən biridir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Shahin 8 Mart 2017 10:24
Erizenin neticesini zehmet olmasa yazarsiz.