“Pandemiyanın sona çatdığı elan oluna bilər” - NAZİR
Gündəm
28 Aprel 2022 14:18
Oxunub 1218

“COVİD-19-a qarşı isifadə olunan vaksinlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur.
Avtosfer.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, Hans Klugenin səfəri zamanı da bu məsələ geniş müzakirə olunub:
“Gözləntilər elədir ki, kollektiv immunitet nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun. Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVİD 19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.
"Unikal"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













