Parkinqin neçə dəqiqəsi pulsuzdur? – Qiymətlər

Bakı Beynəlxalq Avtovağzalında avtomobillərin park edilməsinin ilk 20 dəqiqəsi pulsuzdur. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bildirib. Onun sözlərinə görə, Avtovağzalın giriş hissələrində bunu əks etdirən cədvəl də əks olunub: “Artıq xeyli müddətdir ki, Avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırılıb. Parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Artıq dayandıqda isə vaxta görə ödəniş edilir.
20 dəqiqədən 2 saatadək – 1 manat
2 saatdan 3 saatadək – 2 manat
3 saatdan 6 saatadək – 3 manat
6 saatdan 24 saatadək – 4 manat”.
Qeyd edək ki, bundan öncə parkinqin ilk dəqiqəsindən pul hesablanırdı.
Avtosfer.az bildirir ki, "Yol hərəkəti haqqında" qanuna edilən son dəyişikliyə görə Azərbaycanda bütün parkinqlərin ilk 15 dəqiqəsi pulsuzdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













