Parklanma yerləri bayram günlərində də ödənişsiz ola bilər? - VİDEO

Həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bayram günlərində də bu yanaşma tətbiq edilə bilərmi?
Bayram günlərində də bazar günü olduğu kimi parklanma yerlərinin əksəriyyəti boş olur. Lakin sürücülər adi günlərdə olduğu kimi ödəniş edirlər. Bəzi inkişaf etmiş ölkələrdə isə bayram günlərində də parklanma yerləri pulsuz olur.
Sürücülər bu yanaşmanın ölkəmizdə də tətbiq olunmasının tərəfdarıdırlar.
Ekspertlər də hesab edirlər ki, parklanma yerlərini bayram günlərində də ödənişsiz etmək olar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, məsələ qanunvericiliyə əsasən tənzimlənir. Hazırda ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək saxlanılması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan 07:00-dək və həftənin bazar günləri də parklanma ödənişsizdir. Digər vaxtlarda, o cümlədən də bayram günlərində isə parklanmaya görə ödəniş tələb olunur. Lakin parklanma yerlərinin bayram günlərində pulsuz olması məsələsi hələ ki gündəmdə deyil.
Ətraflı videomaterialda.
"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO
Hər gün yanından keçirik, amma görmürük — Uşaqları belə "zəhərləyirlər"
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış
Baş nazir post usual altında olan Stramer Çinə niyə getdi? – Politoloq səbəbləri AÇIQLADI - FOTO
Siqaret çəkənləri hansı cərimələr gözləyir? - MƏBLƏĞLƏR
Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar - VİDEO
İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə görüşdü - FOTOLAR
Temperatur aşağı düşəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov danışdı
Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF











