Parkomatlarda tariflər necə tənzimlənir? - VİDEO

Şəhərin müxtəlif yerlərində fərqli qiymətlər tətbiq edilir. Avtosfer.az xəzərtv-yə istinadən xəbər verir ki, bununla bağlı üzərində qiymətlə bağlı lövhələr də yoxdur. Söhbət paytaxt daxilində quraşdırılan parkomatlardan gedir. Sürücülərin narazılığına səbəb olan bu halların əsas səbəbini isə ekspertlər qanun boşluğu ilə izah edirlər.
Paytaxt daxilində quraşdırılan parkomatların tariflərinin arasındakı qiymət fərqi və tariflərin yüksək olması sürücüləri narahat edir. Belə ki, sürücülər avtomobili 1 saat park etmək üçün bəzi yerlərdə 50 qəpik, bəzi yerlərdə isə 1 manat ödəyirlər.
Bundan əlavə əvvələr bir çox parkomatların üzərində tariflər yazılırdı. İndi bu lövhələrə daha az rast gəlinir.
Ekspertlər bildirir ki, bu məsələdə başlıca problem pullu dayanacaqların hüququ statusunu, tariflərini və iş rejimini tənzimləyən normativ hüququ aktların olmamasıdır. Əgər hüquqi baza olsa və xarici ölkələrin təcrübələri öyrənilsə bu cür problemlər yaşanmaz.
Parkomatlara nəzarət edən xüsusi təyinatlı avtonəqliyyat idarəsindən isə bildirilir ki, qiymət lövhələri yeniləri ilə əvəzlənməsi üçün aparatlardan çıxarılıb. Tariflər arasındakı fərqə gəldikdə isə bu zonalara görə müəyyənləşir və qiymətlərin azaldılması gündəmdə deyil.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












