Partaları yoxa çıxan Xırdalan məktəbindən ŞİKAYƏT – Təhsil şöbəsi hara baxır? - FOTO

Abşeron rayonu Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbdə özbaşınalıq halları aşkarlanıb.
Həmin məktəbin 5-ci sinif şagirdlərinin valideynləri Avtosfer.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb. Valideynlərin məktubunda bildirilir ki, məktəb rəhbərliyi yeni tədris ilinin başlanmasına bir gün qalmasına baxmayaraq, dərs ilinə hazır deyil. Belə ki, məktəbin 5-ci sinfində 40 şagird olduğu halda sinif otağında cəmi 5 ədəd parta var. Məktəbə narazılıqlarını bildirmək üçün yığışan valideynlər məktəb rəhbəri tərəfindən aqressiya ilə qarşılaşıblar. Yaranmış problemə aydınlıq gətirib, çarə tapmaq əvəzinə məktəb rəhbəri “Gedin kimə şikayət edirsiz, edin” – deyərək valideynlərə etirazını bildirib.
Bundan əlavə valideynlər iddia edirlər ki, 3 ay yay tətili ərzində məktəb ərazisində gigiyenik qaydalara əməl olunmayıb. Mövcud pandemiya şəraiti nəzərə alınmayaraq dezinfeksiya işləri aparılmayıb. Bu da təhsil ocağına öz övladlarını etibar edən valideynləri haqlı şəkildə narahat edir. Təəssüflər olsun ki, problemlər bununla da bitmir. Məktəbin dəhlizlərində heç bir işıqlandırma mövcud deyil. Təmiri pis vəziyyətdə olan məktəbin qarşıdan gələn qış aylarında hansı hala düşəcəyini güman etmək elə də çətin deyil.
Qeyd edək ki, bəhs edilən məktəb Xırdalan şəhəri İcra Hakimiyyətinin arxasında yerləşir. Eyni zamanda Xırdalan şəhəri Təhsil şöbəsi də məktəbin yaxınlığında fəaliyyət göstərir.
Ümid edirik ki, aidiyyatı qurumlar valideynlərin şikayətini nəzərə alaraq yaranmış problemi tez zamanda aradan qaldıracaq.
Nərminə Əli
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?













