Partlayıcı dolu avtomobil partladıldı: 80 ölü, 350 nəfər yaralı – VİDEO

Kabilin mərkəzində xarici səfirliklərin yaxınlığında törədilən partlayış nəticəsində 80 nəfər həlak olub, 350-dən çox insan yaralanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib. İlkin məlumatlara görə, partlayıcı qurğu diplomatik bölgədə insanların sıx olduğu zaman işə salınıb. Partlayış Almaniya səfirliyinin yaxınlığında olsa da, ondan Hindistan və Yaponiya səfirliklərinin binaları da ziyan görüb.
*** 9:31
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. Partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və prezident sarayı yaxınlığında baş verib. Partlayış o qədər qüvvətli olub ki, bir neçə yüz metr məsafədə yerləşən evlərə belə ziyan vurub. Şəhərin mərkəzi meydanı polis tərəfindən mühasirəyə alınıb. Partlayış nəticəsində 10-dan çox insan həlak olub, yüz nəfərdən çox insan isə yaralanıb. Yaponiyanın ictimai televiziyası NHK isə partlayış zamanı Yaponiya səfirliyinin iki əməkdaşının xəsarət aldığını xəbər verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












