Partlayış qurbanlarının sayı yenə artdı

Rusiyanın Sankt-Peterburq şəhərinin metrosundakı partlayışda ölənlərin sayı 16-ya çatıb. Avtosfer.az-ın novator.az-a istinadən məlumatına görə, ağır yaralı qadın aprelin 21-i xəstəxanada dünyasını dəyişib. Xəstəxanalarda 23 yaralının müalicəsi davam edir.
Partlayış aprelin 3-də metronun iki stansiyası arasında törədilib. Daha bir stansiyaya qoyulmuş partlayıcı qurğu isə zərərsizləşdirilib.
Hüquq mühafizə orqanları terror aktının icraçısının Rusiya vətəndaşı Əkbərcan Cəlilov olduğunu bildirir. Qeyd olunur ki, Əkbərcan Cəlilov “Ploşad Vosstaniya” stansiyasına bomba qoyub, “Sennaya ploşad” və “Texnologiya İnstitutu-2” stansiyaları arasında isə özünü partladıb.
Terror aktında Əkbərcan Cəlilovla birgə 13 nəfər həlak olub, aprelin 12-də daha bir nəfər xəstəxanada ölüb.
Aprelin 21-nə olan rəsmi bilgilərə əsasən, 3 aprel terrorunda şübhəli bilinən bir neçə nəfər, o cümlədən Qırğızıstan vətəndaşı Abror Əzimov tutulub. İstintaqın iddiasına görə, Əkbərcan Cəlilovu terror aktına Abror Əzimov hazırlayıb.
Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bəyan edib ki, terror aktının sifarişçisi müəyyənləşdirilib. Amma hələlik ad çəkilmir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












