Partlayışda xəsarət alanlardan yalnız 2-si "Baku Steel Company"nin işçisidir - Nazirlik

“Baku Steel Company” zavodundakı partlayış zamanı bu müəssisənin 2 əməkdaşı xəsarət alıb. Onlar qaynaqçıdırlar. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, “Baku Steel Company”nin işçiləri olan həmin şəxslər Elsevər Əlisahib oğlu İbadullayev və Nüsrəddin Abdulxalıq oğlu Səfərovdur.
İ.Məmmədov əlavə edib ki, xəsarət alan qalan 3 nəfər isə digər təşkilatların işçiləridir: “Hazırda araşdırma aparılır ki, onlar hansı təşkilatın üzvləridir. Bu, müəyyən olunduqdan sonra biz dərhal hadisənin tədqiqatını aparacağıq. Hazırda bizim əməkdaşlar hadisə yerindədirlər”.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












