Paşinyan hərbi paradda nələr nümayiş etdirəcək? - SENSASİON DETALLAR

Mayın 28-də Ermənistanda hərbi parad keçiriləcək. Bu, İrəvanın 2020-ci il müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabarın 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra ilk genişmiqyaslı hərbi tədbiri olacaq. Başqa sözlə, Baş nazir Nikol Paşinyan iki ağır və sarsıdıcı məğlubiyyət, darmadağından sonra ilk dəfə ordusunu “günü üzünə” çıxaracaq.
Bəs görəsən, malik olduğu hərbi texnikanın böyük hissəsi Bakıdakı Hərbi Qənimətlər Parkında saxlanılan Ermənistan paradda nələr nümayiş etdirəcək? Bu paradın məqəsədi nədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, bu parad Azərbaycana qarşı hərbi güc nümayişi deyil və daha çox Ermənistanın daxili siyasi gündəminə yönəlib.
“Paşinyanın bu hərbi paradından Azərbaycana qarşı hansısa ciddi təhlükə və ya güc nümayişi gözləmək doğru deyil. Bu parad daha çox Paşinyanın seçki öncəsi öz tərəfdarlarını toplamaq və daxili auditoriyaya mesaj vermək məqsədi daşıyan siyasi tədbirdir. Ona görə də bu məsələyə əsasən Ermənistanın daxili siyasətinin bir hissəsi kimi baxmaq lazımdır”.
Ekspertin sözlərinə görə, Ermənistanın hərbi baxımdan Azərbaycan Ordusunun səviyyəsinə çatması üçün uzun illər tələb olunur:
“Ermənistan yeni müharibədən çıxıb və həm iqtisadi, həm də hərbi baxımdan ciddi şəkildə zəifləyib. Bu baxımdan onların Azərbaycan Ordusunun səviyyəsinə çatması qısa müddətdə mümkün görünmür”.

Üzeyir Cəfərov qeyd edib ki, İrəvan son illərdə müxtəlif ölkələrdən aldığı silahlar arasında müasir nümunələr olsa da, ümumi mənzərədə Azərbaycan Ordusu daha üstün mövqedədir:
“Ermənistanın Hindistandan, Fransadan, Çindən və digər ölkələrdən aldığı silahlar var. Amma texnologiya, silahlanma və sursat baxımından Azərbaycan Ordusu daha üstün vəziyyətdədir. Bu fərqin aradan qalxması üçün uzun illər lazımdır”.
Hərbi ekspert vurğulayıb ki, hərbi paradların keçirilməsi normal haldır və bunu yalnız Ermənistanın daxili siyasi kontekstində qiymətləndirmək lazımdır:
“Azərbaycan da dəfələrlə hərbi paradlar keçirərək öz gücünü nümayiş etdirib. Ermənistanın hazırkı paradını da məhz bu kontekstdə dəyərləndirmək lazımdır”.
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA












