Paşinyan Koçaryandan danışıb - "Hamısı həbs olunacaq"

Robert Koçaryan həbs edilməlidir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib. Paşinyan ölkədə məhkəmə sisteminin ciddi islahatlara ehtiyacı olduğunu bildirərək, ikinci prezident Robert Koçaryanın həbs edilməli olduğunu bəyan edib. Onun sözlərinə görə, vətəndaşlar küçədə ondan Robert Koçaryanın niyə hələ də azadlıqda olduğunu soruşurlar. "Hakimiyyət bölgüsü mövcuddur. Qanunverici və icra hakimiyyəti ədalət mühakiməsinin funksiyalarını öz üzərinə götürə bilməz. Yeni Konstitusiya olmadan bu qərarların qəbul ediləcəyini təsəvvür etmirəm. Andlılar məhkəməsi institutu tətbiq edilməlidir. Hazırkı bütün hakimlər etibarlılıq baxımından hərtərəfli yoxlamadan keçməlidirlər”, – Paşinyan deyib.
Baş nazir qeyd edib ki, imkanlı şəxslər hazırkı ədliyyə sistemində öz problemlərini həll edə bilirlər.
Paşinyanın fikrincə, konstitusion tənzimləmələr səbəbindən ədalət mühakiməsi institutu dövlət idarəçiliyinin "ən uğursuz sahəsinə" çevrilib:
"Ermənistanda oliqarxik məhkəmə sistemi ola bilməz. Mən buna qarşı hər gün bütün vasitələrlə mübarizə aparacağam. Robert Koçaryan həbsdə olmalıdır. Bunu niyə deyirəm? Çünki xalq bunu mənə deyib və bu mandatı mənə verib".
O vurğulayıb ki, söhbət yalnız Robert Koçaryandan getmir. "Hamısı həbs olunacaq", – Paşinyan əlavə edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












