Paşinyan Zəngəzur dəhlizi açılana qədər bunu etməyə çalışacaq — DETALLAR

"Ermənistanın öndə gedən müxalifət mediası hər gün Paşinyanı qaralamaqla məşğuldur. Müxtəlif yalanlar, dezinformasiyalarla xalqı Paşinyan hakimiyyətinə qarşı yönəltmək siyasəti aparırlar. Paralel olaraq dövriyyədə böyük məbləğdə maliyyə var, söhbət milyardlardan gedir. Hiss olunur ki, Rusiyada fəaliyyət göstərən erməni iş adamları bu prosesə cəlb olunub. Bunlardan biri də Karapetyandır ki, zamanında Paşinyan dövlət çevrilişi ittihamı ilə onu həbsə atdı. Lakin proses gedir, Rusiyanın inhisarları, digər milyarderlərin maaliyyələşdirdiyi siyasi proses davam edir. Bütün müxalifəti bu proses ətrafında birləşdirmək siyasəti aparılır".
Avtosfer.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, Rusiya Moldovada aldığı zərbəni Ermənistanda kompensasiya etmək istəyəcək:
"Çünki hazırda Ermənistan Cənubi Qafqazda Rusiyanın son qalasıdır. Rusiya onu da anlayır ki, Paşinyan növbəti dəfə seçkilərdə qalib gəlsə, növbəti 5 il Rusiyanın Ermənistandan tədricən sıxışdırılıb çıxarılması baş verəcək. Həm İran, Türkiyə sərhədlərində Rusiya sərhəd qoşunlarının tamamilə çıxarılması, həm də 102 nömrəsi rus hərbi bazasının çıxarılması gündəmə gələ bilər. Çünki 2028-ci ildə Zəngəzur dəhlizi açılacaq, o vaxta qədər Ermənistan çalışacaq ki, İranla sərhəddən rus qoşunlarını çıxarıb, erməni sərhədçiləri yerləşdirsin ki, bu dəhlizdə nəzarət tam olaraq Ermənistan qoşunlarında olsun, Rusiyanın müdaxilə imkanları olmasın".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












