Pasxadan sonra havalar düzələcək - Bu inanc doğrudur? - AÇIQLAMA

El arasında belə bir deyim var ki, Pasxadan sonra havalar düzəlir və yaz tam mənada özünü göstərir. Hazırda da bu fikri tez-tez böyüklərdən eşidirik.
Bəs bu inanc nə dərəcədə doğrudur və elmi baxımdan əsaslandırıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, Pasxanın və Novruz bayramının gəlişi birbaşa yazın gəlməsi ilə bağlıdır:

"Günəşin Yer kürəsinə yaxınlaşması və günəşli saatların müddətinin uzanması bu prosesi şərtləndirir. Məsələn, fevral ayı ilə müqayisə etsək, günəşli saatların müddəti təxminən 3 saatdan bir qədər çox uzanır. Həmçinin Yerə yaxınlaşdığına görə daha çox isti hava kütlələrinin daxil olması baş verir. Azərbaycana bu isti hava kütlələri xüsusilə Aralıq dənizi üzərindən gələn siklonlar vasitəsilə daxil olur və cənubdan gələn hava axınları nəticəsində havanın mülayimləşməsi baş verir. Eyni zamanda şimal yarımkürəsində, Arktik zonada havaların mülayimləşməsi də müəyyən qədər mülayim hava kütlələrinin daxil olmasına şərait yaradır. Bu hal əsasən mart-aprel aylarında müşahidə olunduğu üçün insanlarda belə bir inanc formalaşır ki, Pasxa bayramından sonra və ya Novruz bayramı ilə birlikdə havalar mülayimləşir. Bu proses həm təbii amillərlə, həm də bayram əhvali-ruhiyyəsi ilə üst-üstə düşdüyü üçün belə bir düşüncə yaranır. Bu isə təkcə Pasxa və Novruz bayramları ilə bağlı deyil, iqlimin və fəsillərin bir-birini əvəz etməsi ilə bağlı təbii prosesdir. Günəşin Yer kürəsinə yaxınlaşması və istiliyin daha geniş yayılması havanın isinməsinə səbəb olur. Ümumilikdə, Pasxa və Novruz kimi bahar bayramları insanların havanın istiləşməsini qeyd etməsi ilə bağlı formalaşmış adət-ənənələrdir və bu ənənələr minilliklər boyu inkişaf edərək günümüzə gəlib çatır".
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












