Payız üçün anomal hal - Azərbaycanda

Azərbaycanda oktyabr ayında rütubətli havaların iki həftədən çox müşahidə edilməsi anomal haldır. Avtosfer.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
E.Əlizadə qeyd edib ki, iqlim göstəricilərinə görə, Azərbaycan ərazisində oktyabr ayında iki həftədən çox rütubətli dövrün müşahidə edilməsi baş verməməlidir:
“Respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsi uzun müddətdir ki, ölkə ərazisində hakim mövqe tutub. Rütubətli hava kütləsi respublika ərazisinə daxil olduqdan sonra sabitləşib qalıb. Ona görə də əvvəllər nisbətən sabit olan sürüşmə ərazilərində də fəallaşmanın güclənməsi gözlənilir”.
E.Əlizadə qeyd edib ki, sürüşmə sahələrinin fəallaşması həm də bu il ərzində rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsidir.
E.Əlizadə əlavə edib ki, rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsi olaraq, bu il çaylarda da gursululuq uzun müddət davam edir: “Əslində, payızın hazırkı dövründə dağ çaylarında su sərfinin nisbətən artması xarakterikdir. Amma çaylarda gursululuq belə uzun müddətli olmamalıdır. Çünki yağıntılar anomal çox düşüb. Yağıntıların davamiyyəti uzundur. Artıq iki həftədən çoxdur ki, yağıntılar düşür və bu, gələn həftə də davam edəcək”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












