Paytaxt yollarında sıxlıq var - sürücülərin NƏZƏRİNƏ

Bakı Nəqliyyat Agentliyi paytaxtın bir sıra küçə və prospektlərində olan sıxlıq barədə məlumat verib.
Avtosfer.az Agentlikdən aldığı məlumata əsasən həmin siyahını təqdim edir:
1. Şah İsmayıl Xətai prospekti – Şərq bazarının yanından Heydər Əliyev prospekti istiqamətində nisbətən sıxlıq
2. Ziya Bünyadov prospektində Poladəritmə zavodunun qarşısından 20 yanvar dairəsi istiqamətində və Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Koroğlu metrosu istiqamətində sıxlıq var.
3. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətdə Ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində nisbətən sıxlıq
4. Gülarə Qədirbəyova küçəsi - Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
5. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq
6. Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində nibətən sıxlıq
7. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla,Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən,Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər,Azadlıq prospekti ilə kəsişmə istiqaməti) nisbətən sıxlıq
8. Şəmsi Bədəlbəyli küçəsi –Heydər Əliyev sarayının yanı nisbətən sıxlıq
9. Təbriz küçəsi – Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməyədək nisbətən sıxlıq













