Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?

Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın.
Ancaq İcra hakimiyyətləri insanların parklardan, parklardakı çəmənliklərdən istifadəsinə müəyən əngəllər yaradır. Dünyanın hər bir yerində insanlar hətta çəmənliklərdə pikniklər belə, keçirə bilirlər. Bizdə isə parklarda çəmənliklərə Adəm oğlunun ayağının dəyməsi yasaq edilib.
Maraqlıdır, icra hakimiyyətlərinin bu qadağası hansı məqsəd daşıyır?
Avtsofer.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzov modern.az saytına birmənalı şəkildə deyib ki, çəmənliklərdə oturmaq və onu tapdalamaq olmaz: “Qazon hər yerdə qorunur, qulluq tələb edir. İnsanlar paltarlarını sərib otururlar onun üstündə, bu isə onun saralmasına və qurumasına səbəb olur.
Qazonun özünün xüsusi qulluq texnikası var. Sonradan yaradılmış çəmənliklərdə insanlar oturduqda, o sahə taptalandıqda, əzilir, saralır və quruyur. Bəzən insanlar itlərini çəmənliklərdə gəzdirirlər, o itlər də ayaqları ilə çəmənliyi qazır, yararsız hala salır. Parklarda, bağlarda yaradılmış gözəllik insanlar üçündür. İnsanlar bunları qorumalıdır. Bu sahədə maarifləndirmə işləri görülməlidir”.
Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var. Yəni bizdə çəmənliyə adam ayağı dəydisə, otlar saralır, məhv olur. Xaricdə isə belə deyil.
Bakı
Xarici ölkə
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










