Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Tıxac vergisi tətbiq oluna bilər

“London, Stokholm kimi böyük şəhərlərdə tətbiq olunan “congestion charge” – yəni tıxac vergisi modeli gələcəkdə Bakıda da aktual ola bilər”.
Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev səsləndirib.
Ekspert bildirib ki, iri şəhərlərdə tıxacın qarşısını almaq üçün müəyyən ərazilərə girişə vergi tətbiq edilir və bu, ora daxil olan avtomobillərin sayını azaltmağa xidmət edir:
“Belə sistem girişləri məhdudlaşdırmaqla tıxacın azalmasına səbəb olur. Dünyanın bir çox şəhərində tətbiq olunur. Bizdə bu barədə hələ düşünülmür, lakin tıxac daha da artsa, bu addıma ehtiyac yarana bilər”.
Onun sözlərinə görə, bu mexanizmin əsas məqsədlərindən biri də insanları ictimai nəqliyyata yönəltməkdir:
“İctimai nəqliyyat daha rahat hərəkət edir. Fərdi nəqliyyat vasitələrinin isə mərkəzi küçələrə girişinin məhdudlaşdırılması və vergi alınması tələb olunar. Hazırda Bakıda vəziyyət ürəkaçan deyil. Yaxın gələcəkdə mənzərə düzəlməzsə, xüsusilə şəhərin mərkəzi küçələrində girişlərdə bu tətbiq edilə bilər”.
Ekspert deyir ki, vəziyyət ağırlaşarsa, Bakıda da tıxac vergisinin tətbiqi real gündəmə çevrilə bilər./konkret.az
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU










