Paytaxt yollarında satılan bu çörəkləri kim alır? - VİDEO

Paytaxtın ətraf qəsəbələrində quru çörəklər satılır.
Heyvanlar üçün yem satılan mağazalarda köhnəlmiş çörəklə dolu kisələrə rast gəlmək mümkündür. Satıcılar deyirlər ki, bu çörəklər zavod və sexlərdə artıq qalan, satılmayan məhsullardır. Çörəklər istehsal müəssisələrində bir gündən artıq qaldıqda məhz bu mağazalar onları dəyərindən aşağı qiymətə alır. Daha sonra isə qəsəbədə fermer fəaliyyəti ilə məşğul olanlara satılır. Satıcıların sözlərinə görə, quru çörək də əvvəlki aylara nisbətən bahadır.
Satıcılar bildirirlər ki, heyvan yemlərinin qiyməti xeyli artdığı üçün fermerlər quru çörək almağa üstünlük verirlər.
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyarinin sözlərinə görə, geosiyasi vəziyyətlə əlaqədar olaraq taxıl məhsullarının idxalı çətinləşib. Bu da fermerləri heyvanlarını quru çörəklə yemləməyə məcbur edir.
Emin Dostiyari bildirir ki, heyvanların qida tələbatını uzun müddət sadəcə quru çörəklə təmin etmək arzuolunan deyil. Həm yem, həm də quru çörək balanslı şəkildə, paralel verilməlidir.
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?










